Neft qiymətləri OPEC iclası öncəsi bahalaşmağa davam edir

neft-qiymetleri-opec-iclasi-oncesi-bahalasmaga-davam-edir
Oxunma sayı: 1418

OPEC iclası öncəsi dünya bazarında “qara qızıl”ın qiyməti bahalaşmağa davam edir.

“Qafqazinfo” xəbər verir ki, Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 2,80% bahalaşaraq bir barelə görə 53,25 dollar olub.

WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 2,64% artaraq bir barelə görə 49,80 dollara yüksəlib.

Qeyd edək ki, bu gün OPEC+ ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti iclası baş tutacaq. İclasda üzv ölkələr neft hasilatı kvotasının gündəlik 2 milyon barrel artırılmasını müzakirə edəcəklər.