Neft qiymətlərində cüzi artım

neft-qiymetlerinde-cuzi-artim
Oxunma sayı: 1967

Dünya bazarında neft qiymətləri yenə eyni gündə həm artır, həm də azalır.

“Qafqazinfo” investing.com-a istinadən xəbər verir ki, Brent markalı neftin bir barrelinin qiymətində 0,67% bahalaşma qeydə alınıb. Hazırda bu markalı neft 40,32 dollardan təklif edilir.

WTI markalı neftin qiymətində də artım var. Belə ki, 1,66% bahalaşma ilə WTI-nin bir barrelinin qiyməti 38,47 dollarda qərarlaşıb.