Neft qiymətlərindən növbəti - Xoş xəbər

neft-qiymetlerinden-novbeti
Oxunma sayı: 9404

Dünya bazarında neftin qiyməti bu səhərki ucuzlaşmadan sonra yenidən artmağa başlayıb.

“Qafqazinfo” RBK-ya istinadən xəbər verir ki, hazırda WTI markalı neftin bir barrelinin qiyməti 5,55% artıb. Qiymət 32,02 dollarda qərarlaşıb.

Brent markalı neftin qiyməti isə 33 dolları belə ötüb. Belə ki, bu tipli neftin bir barreli 5,75% artaraq 33,11 dollar olub.

Qeyd edək ki, bu gün Dünya Bankı bu il ərzində neftin 1 barrelinin orta qiyməti üzrə proqnozunu 37 dollaradək endirib.