“Qafqazinfo”nun lent.az-a istinadən məlumatına görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə yollanıblar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, inək dərinliyi təxminən 3 metr, diametri 1 metr olan neft quyusuna düşüb. Vətəndaşlar inəyi quyudan çıxara bilmədiklərindən xilasedicilərə kömək üçün müraciət ediblər.
Xilasedicilər xüsusi alpinist xilasetmə avadanlıqlarından istifadə etməklə inəyi quyudan sağ çıxararaq, sahibinə təhvil veriblər.
Son xəbərlər
Son Xəbərlər