Neft son 2 həftənin ən ucuz qiymətinə düşdü

neft-son-2-heftenin-en-ucuz-qiymetine-dusdu
Oxunma sayı: 4472

“Brent” markalı neftin barreli son 2 həftənin ən ucuz qiymətinə - 38,60 dollara düşüb.

“Qafqazinfo” investing.com-a istinadən xəbər verir ki, hazırda isə “Brent” neftinin bir barelinin qiymətində 1,49% ucuzlaşma var. Bu markalı neft 38,60 dollara satılır.

WTI markalı neftin qiymətində isə 2,07% geriləmə var. Belə ki, WTI-nin bir barreli 36,41 dollardan təklif edilir.