Neft ucuzlaşdı- - Günahkar kraldır

neft-ucuzlasdi-
Oxunma sayı: 1737


WTI markalı neftin mart fyuçersinin qiyməti isə 1,13% azalaraq 45,08 dollara düşüb. Analitiklər isə buna təsir edən amil kimi yeni kral Salman ibn Əbdüləzizin “qara qızıl”ın hasilatını əvvəlki səviyyədə saxlamaqla bağlı verdiyi qərarla əlaqələndirirlər. 

Mərhum kralın ölümü dünya bazarında neftin qiymətinin qalxması ilə müşayiət olunsa da bu, qısamüddətli oldu. Belə ki, yeni kral qardaşının siyasətini davam etdirəcəyini bildirərək neft hasilatını azaltmayacağına işarə etdi. Ən iri neft hasilatçısı olan Səudiyyə Ərəbistanı bununla da bazarda öz payını saxlamağa çalışır.