Dünya bazarında neftin qiymətləri ucuzlaşan tempdə gedir.
“Qafqazinfo” investing.com-a istinadən xəbər verir ki, “Brent”in qiymətində 1,20% ucuzlaşma var. Hazırda bu markalı neft 49,23 dollardan satılır.
WTI markalı neft də 1,05% ucuzlaşma ilə 47,98 dollardan təklif edilir.
Qeyd edək ki, ötən həftə neftin qiyməti 50 dollar civarında olsa da, dünəndən etibarən qiymət düşməyə başlayıb.
Son xəbərlər
Son Xəbərlər