Neft və qaz tranziti üzrə Azərbaycanla Qazaxıstan arasında danışıqlar aparılıb

neft-ve-qaz-tranziti-uzre-azerbaycanla-qazaxistan-arasinda-danisiqlar-aparilib
Oxunma sayı: 1192

Energetika naziri Qazaxıstanın energetika naziri Kanat Bozumbayevlə də görüşüb.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə hər iki ölkənin yeni “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində götürdükləri öhdəliklərin icra səviyyəsi, qlobal enerji bazarının vəziyyəti və Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində görülən işlər ətrafında müzakirələr aparılıb.

Kanat Bozumbayev “Kaşaqan”, “Tengiz” və digər  yataqların işlənməsi, yaxın gələcəkdə əlavə həcmlərin dünya bazarına nəqli üçün nəzərdən keçirilən marşrutlar barədə fikirlərini bölüşüb. Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti və mayeləşdirilmiş təbii qazın (LNG) Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

Kanat Bozumbayev energetika nazirini 2019-cu ilin sentyabrında Astanada keçiriləcək “Qazaxıstan enerji həftəsi”nə dəvət edib.