Neft yenə ucuzlaşdı

neft-yene-ucuzlasdi
Oxunma sayı: 3536

Amerika birjalarında davam edən alqı-satqı əməliyyatları nəticəsində neftin qiyməti yenidən aşağı düşüb.

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, Baki vaxtı ilə saat 00:45-ə olan məlumata görə, Brent markalı neftin 1 barrelinin qiyməti 30,95 dollar təşkil edib.

Xatırladaq ki, bazar ertəsi səhər neftin 1 barrelinin qiyməti 33 dollara qədər yüksəlmişdi.