Neft yenidən bahalaşdı

neft-yeniden-bahalasdi
Oxunma sayı: 3434

Dünya birjalarında son vaxtlar ucuzlaşan neft qimətlərində bu gün yenidən bahalaşma müşahidə olunub.

“Qafqazinfo” xəbər verir ki, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,66 % bahalaşaraq 40,38 dollardan satılır.

ABŞ-ın “West Texas Intermediate” (WTI) markalı neftinin bir barrelinin qiyməti isə 1,48 % artaraq 37,67 dollar səviyyəsində qərarlaşıb.