Neft yenidən ucuzlaşdı

neft-yeniden-ucuzlasdi
Oxunma sayı: 3022

“Brent” markalı neftin qiymətində yenidən ucuzlaşma müşahidə olunub.

“Qafqazinfo” xəbər verir ki, “qara qızıl”ın may fyuçerslərinin qiyməti 5% ucuzlaşaraq bir barrelə görə, 35,35 dollar təşkil edib.

WTI markalı neft isə 5,2% ucuzlaşma ilə bir barrelə görə 32,56 dollar olub.