“Neftçala” ilə “Şərurspor” heç-heçə etdi

neftcala-ile-serurspor-hec-hece-etdi
Oxunma sayı: 2303

"CBC Cup" turnirində növbəti qarşılaşma baş tutub. “Qafqazinfo” xəbər verir ki, Bayıl stadionunda baş tutan qarşılaşmada I divizion təmsilçiləri olan "Neftçala" və "Şərurspor" üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən matçda 2 - 2 hesablı heç-heçə qeydə alınıb.

Qeyd edək ki, turnirdə 5 komanda mübarizə aparır. Bunlar “Neftçi”, AZAL, “Neftçala”, MOİK və “Şərurspor”du.

15 yanvar

13:00. “Neftçala” – “Şərurspor” 2:2

Qol: Aqşin Muxtaroğlu,44, Anar Babayev, 87 - Rəhman Musayev,34, 86

Bayıl stadionu