Neftçala sakini qardaşını qətlə yetirdi

neftcala-sakini-qardasini-qetle-yetirdi
Oxunma sayı: 2749

Neftçalada qətl hadisəsi baş verib. Rayon sakini öz qardaşı tərəfindən öldürülüb.

"Qafqazinfo" Azərtac-a istinadən xəbər verir ki, qətl hadisəsi bu gün axşam saatlarında rayonun Həsənabad qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1980-ci il təvəllüdlü Məmmədov Vahid Bayram oğlu və qardaşı 1976-cı il təvəllüdlü Məmmədov Zaur Bayram oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə Vahid öz qardaşı Zauru bıçaqlayaraq öldürüb.

Hadisəni törədən Məmmədov Vahid Bayram oğlu isə hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.