Neftçala Sənaye Məhəlləsində işləyənlərin sayı 500-ə çatdırılacaq

neftcala-senaye-mehellesinde-isleyenlerin-sayi-500-e-catdirilacaq
Oxunma sayı: 1087

Ölkədə ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsinin hazırda 9 iştirakçısı var və indiyədək burada yaradılan müəssisələrə 45 milyon manatdan çox investisiya qoyulub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyinin Kollegiya iclasında bildirilib. 

Qeyd olunur ki, hazırda 225 nəfərin çalışdığı sənaye məhəlləsində rezidentlər tam gücü ilə fəaliyyətə başladıqdan sonra burada işləyənlərin sayı 500-ə çatdırılacaq. Bu il sənaye məhəlləsinin daha bir rezidenti – “Azprodukt” MMC-nin balıq emalı və konservləşdirilməsi müəssisəsi fəaliyyətə başlayacaq.

Günel Türksoy