Neftçalada 13 yaşlı oğlan atdan yıxılaraq yaralandı

neftcalada-13-yasli-oglan-atdan-yixilaraq-yaralandi
Oxunma sayı: 1122

Bu gün Neftçala rayonu, Aşağı Qaraimanlı kənd sakini olan uşaq çöldə atdan yıxılaraq xəsarət alıb.

Qafqazinfo”nun Virtualaz.org-a istinadən verdiyi məlumata görə, 2003-cü ildə anadan olmuş Fərəcov Toğrul İlham oğlunun ailəsi heyvandarlıqla məşğuldur və o, çöldə mal-qara otardığı vaxt mindiyi atı çapmaq istəyərkən at onu yerə çırpıb.

Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan uşağa ilkin tibbi-yardım göstərilib və o, travmatologiya şöbəsinə yerləşdirilib.Vəziyyəti qənaətbəxşdir.