Neftçalada 20 Yanvar şəhidləri yad olunub - Fotolar

neftcalada-20-yanvar-sehidleri-yad-olunub
Oxunma sayı: 1126

Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələrininin iştirakı ilə  Neftçala şəhərinin mərkəzində yaradılan Şəhidlər Abidə Kompleksi və 20 Yanvar şəhidləri üçün ucaldılmış abidə ziyarət olunub.

"Qafqazinfo" xəbər verir ki, 20 Yanvar hadisələri zaman şəhid olan hərbi qulluqçuların və mülki vətəndaşların məzarları ziyarət edilib, gül dəstələri düzülüb və onların ruhlarına dualar oxunub.

Şəhid ailələri ilə görüşən RİH başçısı onların qayğıları, problemləri ilə maraqlanıb və müvafiq tapşırıqlar verilib. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıdan razılıq ifadə edərək Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.