Neftçalada Aprel döyüşləri ilə bağlı tədbir keçirilib - Fotolar

neftcalada-aprel-doyusleri-ile-bagli-tedbir-kecirilib
Oxunma sayı: 1588

Aprelin 3-də Neftçala rayonunda Aprel döyüşləri ilə bağlı tədbir keçirilib.

Neftçala Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, koronavirus (COVID-19) pandemiyasını nəzərə alaraq, məhdud sayda şəxslərin iştirakı ilə rayonun icra başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və din xadimlərinin iştirakı ilə birlikdə Aprel zəfəri şəhidləri, Milli Qəhrəman mayor Samid İmanov və kiçik gizir Elimdar Səfərovun məzarlarını ziyarət edib, ailə üzvlərinə başsağlığı veriblər.

Neftçala Rayon İcra Hakimiyyətində Aprel döyüşlərinin 5 ilinin tamam olması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Vətən Müharibəsi iştirakçılarına, şəhid ailələrinə Qarabağ əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin döş nişanı və üzvlük vəsiqələri təqdim olunub.