Neftçalada Azərbaycan Polisinin 103 yaşı qeyd olundu - Fotolar

neftcalada-azerbaycan-polisinin-103-yasi-qeyd-olundu
Oxunma sayı: 3004

Neftçala rayonunda Azərbaycan Polisinin 103-cü il dönümü qeyd olunub.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və veteran polis işçiləri  iştirak edib.

Dövlət himni səsləndikdən sonra ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən, xidməti borcu yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Mirhəsən Seyidov bildirib ki, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə ölkə Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilən Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb. Neftçala RİH başçısı asayişin keşiyində dayanan polislərimizi təbrik edib və onlara uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Neftçala RPŞ rəisi polis polkovniki Vüsal Şəbəndəyev daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək dəyərləndirdiyinə görə bütün şəxsi heyət adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını bildirib. 

Veteran polis işçiləri ilə görüşən Neftçala RİH başçısı onları da peşə bayramları münasibəti ilə təbrik edib və Prezident İlham Əliyevin 31 dekabr 2020- ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeniylə təltif edilən Mustafayev Ağamirzə İmamalı oğlunu da təbrik edib.

Tədbirin sonunda “Polis Günü” münasibətilə rayonda ictimai asayişin mühafizəsi və cinayətkarlığa qarşı mübarizə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup polis əməkdaşı “Fəxri Fərman” ilə təltif olunublar.