Neftçalada da Qurtuluş Gününə həsr olunan tədbir keçirilib - Fotolar

neftcalada-da-qurtulus-gunune-hesr-olunan-tedbir-kecirilib
Oxunma sayı: 2267

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan ümumrayon tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Nefçala RİH başçısı Mirhəsən Seyidovun iştirakı ilə baş tutan tədbirdə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini yad ediblər.

Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Milli Qurtluş Günü dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olub və 31 il əvvəl xalqın təkidi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev böyük xilaskar missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoyub. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşan genişmiqyaslı layihələr dövlətimizin inkişafına, möhkəmlənməsinə zəmin yaradıb və bu gün də bu uğurlu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən videoçarxın nümayiş etdirilməsi ilə davam edib.