Neftçalada dövlət qulluqçularının peşə bayramı qeyd olundu - Fotolar

neftcalada-dovlet-qulluqcularinin-pese-bayrami-qeyd-olundu
Oxunma sayı: 2170

Hər il olduğu kimi bu il də Neftçala rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər,ağsaqqallar və rayon ictimaiyyəti iştirak edib.

Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb.

Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup şəxs fəxri fərmanlarla təltif olunublar və xatirə şəkili çəkilib.