Neftçalada ev yandı

neftcalada-ev-yandi
Oxunma sayı: 949


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Mirzəqurbanlı kəndində ümumi sahəsi 300 kv.m olan, hal-hazırda fəaliyyət göstərməyən birmərtəbəli inzibati binada sahəsi 40 kv.m olan 2 otağın birində tavan 10 kv.m sahədə yanıb. Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub. 

Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.