Neftçalada gənc qız dəm qazından öldü

neftcalada-genc-qiz-dem-qazindan-oldu
Oxunma sayı: 2721

Neftçalada dəm qazından boğulma hadisəsi baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin M. Hadi küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü İsmayılova Səbinə Ramin qızı hamamda çimərkən dəm qazından zəhərlənib.

O, yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.