Neftçalada Heydər Əliyevin 100 illik yubileyi qeyd olundu - Fotolar

neftcalada-heyder-eliyevin-100-illik-yubileyi-qeyd-olundu
Oxunma sayı: 1269

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi Neftçala rayonunda geniş formada qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzindəki ümummilli lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər. Ulu Öndərin həyatını əks etdirən fotoguşəyə və rəsm sərgisinə baxış keçiriblər.

Tədbirdə çıxış edən Mirhəsən Seyidov hər zaman qəlbi vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və Azərbaycanımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından, qardaş mühabribəsindən yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin həyatından, Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, inkişafındakı misilsiz əmək sərf etməsindən, xalqın rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən, dünya siyasətinə və Neftçala rayonunun inkişafına verdiyi töhfələrdən danışıb.

Tədbirdə Heydər Əliyevin zəngin həyatını və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.