Neftçalada Heydər Əliyevin yubileyi ilə bağlı elmi konfrans keçirildi - Fotolar

neftcalada-heyder-eliyevin-yubileyi-ile-bagli-elmi-konfrans-kecirildi
Oxunma sayı: 3009

Neftçala rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər proqramına uyğun olaraq Neftçala rayon İcra Hakimiyyətinin və YAP Neftçala rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın intibah dövrü”, “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda elmi praktiki konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, elmi praktiki konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin üzvləri, tanınmış politoloqlar Arzu Nağıyev, Musa Qasımlı, Rasim Musabəyov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Konfransda çıxış edən Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu, sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm işlər gördüyünü vurğulayıb.

RİH-in başçısı bildirdi ki, bu gün Azərbaycan qalib ölkədir, haqq yolunda vüqarla irəliləyir, 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, igid, mərd oğullarımızın şücaətiylə düşmən işğalından azad olunub. Bu qalib ordunun təməliniməhz ulu öndər Heydər Əliyev qoyub. 

Elmi praktiki konfrans qonaqların iştirakı və video formatda Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, Dünya Azərbaycanlıları Əlaqələndirmə şurasının üzvü Sergey Markov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Heydər Əliyev haqqında xatirələrini bölüşüblər və görüş sual-cavab formatında davam edib.