Neftçalada Heydər Əliyevlə bağlı konsert təşkil olundu - Fotolar

neftcalada-heyder-eliyevle-bagli-konsert-teskil-olundu
Oxunma sayı: 1516

Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Neftçala rayonunda konsert proqramı təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon Ağsaqqallar şurasının sədri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, gənclər və rayon ictimaiyyəti iştirak edib.

Konsert proqramını tanınmış aparacı Naid Şadxan, Nübar Əbilqızının təqdimatı ilə başlayıb və konsert proqramında populyar müğənni Elçin Cəfərov, Pərvin Səfərov, Nadir Bayramlı, Əhməd Mustafayev, Sevda Yəhyayeva, Damla, Respublikanın əməkdar artistləri Səidə Şərfəliyeva, Rahilə Bəndəliyeva, saz ustası, əməkdar mədəiyyət işçisi Solmaz Kosayeva, qiraətdə Zaur Manafov çıxış ediblər.

Tədbirin sonunda atəşfəşanlıq olub.