Neftçalada kanalda batan ata və oğlunun meyiti tapıldı

neftcalada-kanalda-batan-ata-ve-oglunun-meyiti-tapildi
Oxunma sayı: 3665

Neftçala rayonunun Astanlı kəndində, “Baş Mil-Muğan” kollektorunda batdığı ehtimal olunan 1989-cu il təvəllüdlü Əsgərov Nurlan Aslan oğlu və 2015-ci il təvəllüdlü Əsgərov Aslan Nurlan oğlunun axtarışları başa çatıb.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, dünyasını dəyişənlər ata-bala olublar.