Bu gün günorta saatlarında Neftçala rayonunun ərazisində, Salyan-Neftçala yolunun Xıllı qəsəbəsindən keçən 27-ci km-də piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, Neftçala rayon sakini Fərəcov Rizvan Fəxrəddin oğlunun idarə etdiyi 90-FU-027 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomaşın sərt döngədə idarəetməni itirərək yolun kənarı ilə gedən Neftçala rayonunun Kürkənd kənd sakini, 23 yaşlı Xanməmmədov Piriverdi Əsgər oğlunu vurub.
Piyada aldığı ağır xəsarətlərdən qəza yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər