Neftçalada oğru dəstə saxlanıldı

neftcalada-ogru-deste-saxlanildi
Oxunma sayı: 1278

Neftçala rayonu ərazisində 5 evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 5 evdən pul, qızıl-zinət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bankə qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Fariz Şirəliyev və Peyman Talıblı saxlanılıblar.