Neftçalada “Qəhrəmanların izi ilə” layihəsinə başlanılıb - Fotolar

neftcalada-qehremanlarin-izi-ile-layihesine-baslanilib
Oxunma sayı: 1583

Neftçala rayonunda şəhid ailələri və müharibə əlillərinin həyat şəraitinin və rifahının yaxşılaşdırılması, o cümlədən onların istək və  qayğıları ilə yerindəcə tanış olmaq məqsədilə xüsusi diqqət və həssaslıqla hazırlanmış layihələr icra olunur.

“Qafqazinfo” xəbər verir ki, belə uğurlu tədbirlərdən biri də hazırda icrası davam etməkdə olan “Qəhrəmanların izi ilə” adlı layihədir.

Layihəyə Neftçala RİH-nin başçısı Mirhəsən Seyidovun tövsiyyələrinə uyğun olaraq 2023-cü ilin yanvarından etibarən start verilib.

Layihənin məqsədi respublikamızın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin ailə üzvlərini ziyarət etmək, onları narahat edən problemləri, arzu və istəklərini, o cümlədən təkliflərini  dinləmək, sosial qayğıları ilə yaxından tanış olub, bu kateqoriyadan olan şəxslərin daim dövlətimizin xüsusi qayğısı ilə əhatələnməsini onların nəzərinə çatdırmaqdan ibarətdir.

Layihənin icrası məqsədilə yaradılmış işçi qrupunda RİH-nin məsul şəxsləri, yerli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin məsul şəxsləri, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak edir.

Layihə çərçivəsində rayon ərazisində yaşayan Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və Aprel döyüşləri şəhidlərinin ailə üzvləri ziyarət olunub.

Hazırda layihənin icrası davam edir və şəhid ailələri tərəfindən olunmuş müraciət və təkliflərin qanunamüvafiq qaydada həlli istiqamətində müvafiq tədbirlər görülür.