Neftçalada sakinlərlə növbəti görüş keçirildi - Fotolar

neftcalada-sakinlerle-novbeti-gorus-kecirildi
Oxunma sayı: 2132

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı rayonun ucqar kəndlərindən olan Xəzər kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib.

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Xəzər kəndində şəhidlərin xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.

Görüşdə çıxış edən Mirhəsən Seyidov bildirib ki, ulu öndər Heydər Əliyev milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq deyirdi: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”. Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər”.

O, ailənin sosial-mədəni inkişafda və milli dəyərlərin qorunmasında mühüm rol oynadığını və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.

RİH başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Qeyd edək ki, vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.