Neftçalada 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan görüş və uşaqların əyləncə məkanının açılışı olub.
“Qafqazinfo” xəbər verir ki, açılışda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, şəhid övladları və ağsaqqallar iştirak edib. Açılış açıq havada təşkil olunub.
Açılışdan öncə dövlət himni səslənib, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Neftçala RİH başçısı və qonaqlar “Uşaqların əlvan dünyası” adlı təbaşirlə asfalt üzərində çəkilən rəsimləri, idmançıların müxtəlif nümunəvi çıxışlarını, məktəblilərin müxtəlif musiqilərini və rəqslərini izləyiblər. Açılış müxtəlif rəngarəng çıxışlarla davam edib.
İcra başçısı Mirhəsən Seyidov və şəhid Milli Qəhrəman Samid İmanovun qızı tərəfindən yeni qurulan Əyləncə Məkanının rəmzi lenti kəsilib, sülhü özündə birləşdirən göyərçinlər və şarlar havaya buraxılıb. Neftçala RİH başçısı əyləncə məkanında yaradılan şəraitlə tanış olub.
Tədbirdə şəhid övladlarına xüsusi qayğı göstərilib və hədiyyələr ilə sevindirilib.






Son xəbərlər
Son Xəbərlər