Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Neftçala rayonunda da Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” na uyğun olaraq, əhalinin COVİD-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam etdirilir.
Vətəndaşların vaksinasiya olunması üçün Neftçala RMX PHŞ-də hər bir vasitə ilə təmin edilmiş xüsusi otaqlar yaradılıb. Vətəndaşların Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun şəkildə prosesə qatılmaları məqsədilə bütün zəruri tədbirər həyata keçirilib. Bu günə qədər 5000-dən artıq rayon sakini peyvənd olunub.
Qeyd edək ki, Neftçala Rayonu İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar tərəfindən əhali arasında COVİD -19 əleyhinə vaksinasiya barədə aktiv maarifləndirmə və təbliğat tədbirləri həyata keçirilir.



Son xəbərlər
Son Xəbərlər