Neftçalada Xocalı soyqırımı ilə bağlı tədbir keçirildi

neftcalada-xocali-soyqirimi-ile-bagli-tedbir-kecirildi
Oxunma sayı: 2713

Neftçala rayonunda Xocalı soyqırımının 31- ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Neftçala şəhərinin mərkəzində ucaldılan Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə ucaldılan abidə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının rəhbərləri və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub, Xocalı qurbanlarının ruhuna dualar oxunub və gül dəstələri düzülüb.

Tədbirdə məktəblilərin hazırladıqları Xocalı qurbanlarının xatirəsinə həsr olunan rəsm sərgisinə baxış keçirilib.

Çıxış edən Şəhrəbanu Əhmədova və Vətən Müharibəsi iştirakçısı Vüqar Qələşov Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Həmçinin tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala rayon Mədəniyyət evinin kollektivlərinin ədəbi-bədii kompozisiyaları, “ 25 Böyüməyən uşaqlar” bədii filmi nümayiş olunub, Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib.