Neftçalada Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı - Fotolar

neftcalada-xocali-soyqirimi-qurbanlarinin-xatiresi-anildi
Oxunma sayı: 1530

Neftçala rayonunda Xocalı soyqırımının 30-cu ildönümü dərin hüznlə qeyd olunub, şəhidlərin xatirəsi anılıb.

“Qafqazinfo” xəbər verir ki, Neftçala şəhərinin mərkəzi meydanında faciə qurbanlarının xatirəsinə ucaldılan “Xocalı abadəsi” ziyarət olunub, önünə gül dəstələri düzülüb, şəhid xocalılıların xatirəsi ehtiramla anılıb, ruhlarına dualar oxunulub və ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, din xadimləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib.