Neftçalada yaşayış binasında yanğın - Fotolar + Video + Yenilənib

neftcalada-yasayis-binasinda-yangin
Oxunma sayı: 4105

Neftçala rayonunda dördmərtəbəli yaşayış binasında yanğın baş verib.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə,  Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Sakinlər təxliyyə edilib.

***

Fövqəladə Hallar Nazirliyinin sözçüsü Gülçin Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda yanğın lokallaşdırılıb, tamamilə söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğında xəsarət alan olmayıb.

***

TƏBİB-dən "Qafqazinfo"ya verilən məlumata görə, 4 mərtəbəli yaşayış binasında baş vermiş yanğında ilkin məlumata görə xəsarət alan yoxdur. Təcili yardımın 4 briqadası hadisə yerindədir. Hadisədə qorxu keçirən sakinlərə yerindəcə ambulator yardım göstərilib.

***

Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən saat 21:15 dəqiqədə söndürülüb. Bu barədə FHN-nin yaydığı məlumatda deyilir. 

Foto: APA