Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti səyyar qəbulu həyata keçirilib. ⠀
“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Görüşdə çıxış edən RİH başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, 44 günlük vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın dövlət başçısının göstərişlərinə əsasən abadlaşmasından və rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, Kür çayının mövcud vəziyyəti haqqında məlumat verib.
Səyyar qəbulda əsasən elektrik xətlərinin yenilənməsi, kənd ərazisində dayanacaqların qurulması, rabitə və telekomunikasiya infrasturkturunun yaxşılaşdırılması və örüş torpaq sahələri haqqında təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Qeyd edək ki, Neftçala RİHB-nin səyyar qəbulu Neftçala rayonunun qəsəbə və kəndlərini tam əhatə edəcək.




Son xəbərlər
Son Xəbərlər