Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Pirəbbə kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib. ⠀
“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
Yuxarı Qaramanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Pirəbbə kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “Ümummilli Lider Heydər Əliyev ana dilimizin böyük qayğıkeşi və hamisi idi” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün gördüyü işlər, dövlət dilinin ictimai-siyasi və mədəni möv¬qeyinin yüksəlməsinə nail olması, sovet dövründə ana dilimizin qorunması və inkişaf etdirilməsi, Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi və Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan dilinin inkişafındakı əvəzsiz rolu görüş iştirakçılarının diqqətinə çatdırılıb.
RİH-in başçısı vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub. O, həmçinin işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbulda ilk öncə sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, kənddaxili yolların təmir olunması, suvarma suyunda yaranan çətinliklər, dayanacaqların tikilməsi, rabitə xətlərinin qurulması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.




Son xəbərlər
Son Xəbərlər