Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti səyyar qəbulu həyata keçirilib. ⠀
"Qafqazinfo" xəbər verir ki, qəbulda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Qırmızıkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Qırmızıkənd kənd İnzibati Ərazi Nümayəndəliyi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Görüşdə çıxış edən Mirhəsən Seyidov Müzəffər rayon ərazisində aparılan abadlıq quruculuq işləri, Kür çayının mövcud vəziyyəti haqqında məlumat verib.
Səyyar qəbulda əsasən elektrik xəttlərinin, güc transformatorlarının yenilənməsi, kollektor- drenaj şəbəkələrinin lildən təmizlənməsi, sosial və digər məsələlər haqqında təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.




Son xəbərlər
Son Xəbərlər