Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinlədi - Fotolar

neftcalanin-icra-bascisi-vetendaslarin-problemlerini-dinledi
Oxunma sayı: 1411

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti səyyar qəbulu həyata keçirilib.   

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.

Çıxış edənlər narkotiklərin qanunsuz dövriyyəsi, narkomanlığın müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə olmasından və narkomaniyanın vurduğu saysız-hesabsız zərərlər haqqında məlumat veriblər.

Görüşdə çıxış edən Mirhəsən Seyidov Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, təhsil sahəsində qazanılan uğurlardan, təhsil alan gənclər üçün dahada rahat təhsil ocaqlarının inşa edilməsindən, 44 günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından, rayon ərazisində və Bankə qəsəbəsində aparılan abadlıq quruculuq işləri, Kür çayının mövcud vəziyyəti haqqında məlumat verib.

Səyyar qəbulda əsasən internet resusrslarının yenilənməsi, narkomaniya ilə mübarizə işlərinin dahada artırılması, sosial məsələlər haqqında, küçə itlərinin yığılması və digər təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Qeyd edək ki, Neftçala RİHB-nın səyyar qəbulu Neftçala rayonun qəsəbə və kəndlərini tam əhatə edəcək.