Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinlədi - Fotolar

Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinlədi
Oxunma sayı: 2223

Neftçala Rayon İcra Hakimiyyəti başçısının Bala Surra və Ərəbqardaşbəyli kənd sakinləri ilə növbəti səyyar qəbulu həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və şəhid Süleymanov Seymur Əvəzağa oğlunun büstü önünə gül dəstələri düzülüb, ruhu ehtiramla yad olunub.

Cəngan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək kəndlər haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

RİH başçısı çıxışı zamanı sentyabrın 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərçibilərimiz haqqında məlumat verib, şəhidlərimizin ailəsinə ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib.

Səyyar qəbulda əsasən yol nişanlarının quraşdırılması, kənd adlarının lövhələrdə qeyd olunması, subsidiyaların verilməsi, evi yanan kənd sakininə köməklik olunması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub,digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.