Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinləyib - Fotolar

neftcalanin-icra-bascisi-vetendaslarin-problemlerini-dinleyib
Oxunma sayı: 1429

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti səyyar qəbulu həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.

Görüşdə çıxış edən icra başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, təhsilə sahəsində qazanılan uğurlardan, təhsil alan gənclər üçün dahada rahat təhsil ocaqlarının inşa edilməsindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən, abadlaşmasından və rayon ərazisində aparılan abadlıq quruculuq işləri, Kür çayının mövcud vəziyyəti haqqında məlumat verib.

Səyyar qəbulda əsasən rabitə, internet resurslarının gücləndirilməsi və yenilənməsi, Kür çayında yaranan içməli su çətinliyi, suvarma kanallarının lildən təmizlənməsi, subsidiyaların vaxtın verilməsi və digər təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Qeyd edək ki, Neftçala RİHB-nin səyyar qəbulu Neftçala rayonun qəsəbə və kəndlərini tam əhatə edəcək.