Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mikayıllı kənd və Bankə qəsəbə sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər, qəsəbə və kənd sakinləri iştirak edib.
Görüşdə çıxış edən Mirhəsən Seyidov 44 günlük Vətən müharibəsi, müharibədə iştirak edən vətən oğullarının igidliyi, döyüş yolu, sentyabrın 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsi, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunması, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimiz və yaralanan hərbiçilərimiz haqqında məlumat verib.
Səyyar qəbulda qəsəbədaxili drenaj kanalların təmizlənməsi, su sayğaclarının quraşdırılması, telekomunikasiya xətlərinin yenilənməsi, kənddaxili yolların təmir olunması, su tutarlarının təmizlənməsi, elektrik təsərrüfatının yenilənməsi, kənd əhalisinin mavi yanacaqla təmin olunması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.




Son xəbərlər
Son Xəbərlər