Neftçalanın ucqar kənd sakinləri ilə görüş - Fotolar

neftcalanin-ucqar-kend-sakinleri-ile-gorus
Oxunma sayı: 2734

Neftçalanın icra başçısı rayonun ucqar kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib.

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Görüşdə çıxış edən M. Seyidov bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanı məhv olmaq təhlükəsindən qurtaran dahi rəhbər tarixin ən çətin sınaqlı dövründə yenidən xilaskarlıq missiyasının öhdəsindən layiqincə və şərəflə gəlib: “Bu baxımdan, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı milli dövlətçilik tariximizdə həyati əhəmiyyətli dönüş anı, dinamik, davamlı və hərtərəfli inkişafa, milli qürurumuzu özümüzə qaytaran tarixi zəfərə aparan yolun başlanğıcı hesab edilir. 1993-2003-cü illərdə ulu öndərin rəhbərliyi altında həyata keçirilən kompleks və sistemli islahatlar sayəsində ölkə qarşısında duran tarixi vəzifələr uğurla icra olunub. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi sürətlə inkişaf etməyə başlayıb.

Möhtəşəm zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir”.

RİH başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Qeyd edək ki, vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.