“Neftçi” 140 gündən sonra qələbə qazandı -

neftci-140-gunden-sonra-qelebe-qazandi-
Oxunma sayı: 677


Samir Əliyevin yetirmələri uğursuz seriyanı III turun “Sumqayıt”la ev oyununda (2:1) qırıb. Bu müddətdə 9 qarşılaşma keçirən “ağ-qaralar” 5 heç-heçə edib və 4 məğlubiyyət alıb. Azərbaycan çempionatlarının tarixində özünün ən uzun qələbəsiz seriyasını rəsmiləşdirən “Neftçi” bu qarşılaşmalarda 8 qol vurub, 16-nı buraxmışdı.

4 aydan artıqdır ki, davam edən bu antirekorda qədər paytaxt klubunun ən uzun qələbəsiz seriyası 5 oyunu əhatə edirdi. Belə seriyaya ölkə çempionatlarında 5 dəfə təsadüf olunmuşdu.

“Qafqazinfo”