“Neftçi” 4, “Qarabağ” 3 qolla qələbə qazandı - Video

neftci-4-qarabag-3-qolla-qelebe-qazandi
Oxunma sayı: 2040

Azərbaycan Premyer Liqasının 25-ci turunun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, lider “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olub və 3:1 hesablı qələbə qazanıb.

“Neftçi” isə doğma meydanda “Turan Tovuz”la qarşılaşıb.

“Ağ qaralar” 4:0 hesablı qalibiyyətə sevinib.

“Qəbələ” – “Qarabağ” 1:3
Qol: İ.Alimi, 31 – R.Şeydayev, 37-pen; 68-pen. M.Qurbanlı, 55.

“Neftçi” – “Turan Tovuz” 4:0
Qol: S.M.Kolli, 20. E.Mahmudov, 24; 84. M.Saldanya, 72.