“Neftçi” 5 məşqçini göndərdi

neftci-5-mesqcini-gonderdi
Oxunma sayı: 1497

“Neftçi” Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yollarını ayrıb. 

“Qafqazinfo” klub saytına istinadən xəbər verir ki, baş məşqçilər Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi çalışdırıcı Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), qapıçılar üzrə məşqçi Ramiz Əhmədova növbəti ayın əməkhaqqısı ödənilərək, onlarla əməkdaşlığa son qoyulub.

Mütəxəssislərə xidmətlərinə görə təşəkkür edilib və gələcək karyeralarında uğurlar arzulanıb.