“Qafqazinfo”nun məlumatına görə, komandamız Ukraynanın “Volın” klubu ilə qarşılaşıb. Görüş “Neftçi”nin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Denis Silva, Karlos Kardoso, Ruslan Qurbanov və Ernest Nfor fərqlənib.
Qeyd edək ki, “Neftçi” bunadək Antalyada Səudiyyə Ərəbistanının “Hajer” (3:1), Türkiyənin “Kayseri Ərciyəsspor” (0:0) və “Elazığspor” (0:1) klubları ilə üz-üzə gəlmişdi.
Son xəbərlər
Son Xəbərlər