“Neftçi” afrikalı futbolçu ilə 2 illik müqavilə imzaladı

neftci-afrikali-futbolcu-ile-2-illik-muqavile-imzaladi
Oxunma sayı: 1170

“Neftçi” müdafiəçi Mamadi Mbodjla müqavilənin müddətini artırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Anlaşmaya əsasən, 28 yaşlı seneqallı futbolçu daha 2 il – 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.
 
Mbodj “Neftçi”də keçirdiyi 3 mövsüm ərzində 54 oyunda meydana çıxıb, 8 qola imza atıb.
 
Xatırladaq ki, “Neftçi” bundan əvvəl Ömər Buludov və Fəhmin Muradbəyli ilə yeni müqavilə bağlamışdı.