“Neftçi” “Alanyaspor”a qalib gəldi

neftci-alanyaspora-qalib-geldi
Oxunma sayı: 4416

"Neftçi" bu gün Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Roman Qriqorçukun baş məşqçilik etdiyi komanda Türkiyə Superliqası təmsilçilərindən “Alanyaspor”la qarşılaşıb.

Matç Azərbaycan təmsilçisinin 3:1 hesablı qalibiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, "Neftçi” Türkiyədə daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır.