“Neftçi” Aqil Məmmədovla müqaviləni pozmasına aydınlıq gətirdi

neftci-aqil-memmedovla-muqavileni-pozmasina-aydinliq-getirdi
Oxunma sayı: 1187

“Neftçi” futbolçusu Aqil Məmmədovla yolları ayırdığını rəsmən açıqlayıb.

“Qafqazinfo” klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 28 yaşlı qapıçı ilə müqaviləyə onun xahişi ilə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Qəbələ”dən ayrılan Məmmədov dekabrda “Neftçi"yə transfer olunmuşdu. O, köhnə-yeni klubunda yoxlama matçında oynamışdı. Məmmədov klubsuz qalmayaraq yenidən "Qəbələ"ylə anlaşıb.